Bank Of Baku

BFB-da 10501433S seriyalı 10 mln. manatlıq GDİ emissiyası yerləşdirilib

BFB-da 10501433S seriyalı 10 mln. manatlıq GDİ emissiyası yerləşdirilib
# 26 avqust 2011 14:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10501433S seriyalı dövlət qeydiyyatından keçmiş geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 3 mln. manat təşkil edib. Sifariş 100,00% (gəlirlik 4,00%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri emitent tərəfindən 100,00% (gəlirlik 4,00%) səviyyəsində müəyyən edilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu GDİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2012-ci ilin avqustun 24-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR