Bank Of Baku

Dow Jones 1,2%, S&P 500 1,5%, Nasdaq 2,5% yüksəlib

Dow Jones 1,2%, S&P 500 1,5%, Nasdaq 2,5% yüksəlib
# 27 avqust 2011 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avqustun 26-da Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 11 285 bəndədək, S&P 500 1,5% - 1 177 bəndədək, Nasdaq 2,5% - 2 480 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında investorların diqqəti Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin çıxışına yönəldilib. B.Bernanke bəyan edib ki, ölkə iqtisadiyyatın orta templəri ilə bərpasını gözləyir. Həmçinin o bildirib ki, iqtisadiyyatı stimullaşdırılması üçün FES-in kifayət qədər alətləri var və bu alətlərdən istənilən vaxt istifadə edilə bilər.

Avropa fond bazarlarında avqustun 26-da FTSE 100 indeksi 0,02% - 5 130 bəndədək, Almaniya DAX-ı 0,8% - 5 538 bəndədək, Fransa CAC-40-ı isə 1% - 3 088 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 797,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4499 (+0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR