Bank Of Baku

AGBI indeksi 1,0189, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0189, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 27 avqust 2011 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0188 bənd və ya 1,9% artaraq avqust ayının 27-nə 1,0189 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

AGBI indeksinin artması bazaar kapitallaşmasının artması nəticəsində baş verib. Belə ki, avqustun 26-da 3 mln. manat həcmində olan dövlət istiqrazların bir buraxılışı yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR