Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 5,475 mln. dollarlıq əqdlər bağlanılıb

Bu gün BBVB-nin valyuta bölməsində 5,475 mln. dollarlıq əqdlər bağlanılıb
# 01 sentyabr 2011 15:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə USD/AZN ortaölçülü məzənnəsi 0,7863 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,7862 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 1 281 669 AZN, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən 0,7863 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 3 024 092,50 AZN, manatın orta məzənnəsi isə dollara nisbətən 0,7863 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 5,475 mln. dollar və ya 4 305 761,50 AZN təşkil edib.

EUR/AZN T+0 aləti üzrə qeydə alınan əqdin həcmi 3 mln. avro, manatın avroya nisbətən 1,1324 AZN təşkil edib.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 12,92%, ABŞ dolları üzrə isə illik 13,50% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR