Bank Of Baku

Dow Jones 1%, S&P 500 1,2%, Nasdaq 1,3% enib

Dow Jones 1%, S&P 500 1,2%, Nasdaq 1,3% enib
# 02 sentyabr 2011 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 1-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 11 494 bəndədək, S&P 500 1,2% - 1 204 bəndədək, Nasdaq 1,3% - 2 546 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsinə ölkənin sənayesində işgüzar fəallığı indeksinin avqust ayında 0,3 bənd azalaraq 50,6 bəndə çatması səbəb olub.

Avropa fond bazarlarında sentyabrın 1-də FTSE 100 indeksi 0,5% - 5 419 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,9% - 5 731 bəndədək enib, Fransa CAC-40-ı isə 0,3% - 3 266 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 831,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4264 (-0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR