Bank Of Baku

Dow Jones 2,2%, S&P 500 2,5%, Nasdaq 2,6% enib

Dow Jones 2,2%, S&P 500 2,5%, Nasdaq 2,6% enib
# 05 sentyabr 2011 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 2-də Amerika fond bazarında Dow Jones indeksi 2,2% - 11 240 bəndədək, S&P 500 2,5% - 1 174 bəndədək, Nasdaq 2,6% - 2 480 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsinə məşğulluq bazarı üzrə proqnozları doğrulmayan statistika təsir edib. Belə ki, avqust ayında ölkənin qeyri-aqrar sahəsində çalışanların sayının 68 min artması gözlənilsə də, bu say əvvəlki ayla müqayisədə dəyişməz qalıb.

Avropa fond bazarlarında sentyabrın 1-də FTSE 100 indeksi 2,3% - 5 292 bəndədək, Almaniya DAX-ı 3,4% - 5 538 bəndədək, Fransa CAC-40-ı isə 3,6% - 3 149 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,7% artaraq 1 881,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4164 (-0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR