Bank Of Baku

Avropa fond indeksləri kəskin enib

Avropa fond indeksləri kəskin enib
# 06 sentyabr 2011 06:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropa fond bazarlarında sentyabrın 5-də FTSE 100 indeksi 3,6% - 5 103 bəndədək, Almaniya DAX-ı 5,3% - 5 246 bəndədək, Fransa CAC-40-ı isə 4,7% - 3 000 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, sentyabrın 5-də Əmək günü münasibəti ilə ABŞ-ın fond bazarında ticarət aparılmayıb. Əvvəlki ticarət günün nəticəsində Amerika fond bazarında Dow Jones indeksi 2,2% - 11 240 bəndədək, S&P 500 2,5% - 1 174 bəndədək, Nasdaq 2,6% - 2 480 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,5% artaraq 1 910,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4071 (-0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR