Bank Of Baku

Dünya bazarında qızılın qiyməti record həddə çatıb

Dünya bazarında qızılın qiyməti record həddə çatıb
# 07 sentyabr 2011 00:47 (UTC +04:00)
Bakı-APA. Dünya bazarlarında qızılın bir unsiyasının qiyməti rekord həddə - 1919 dollara çatıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, son dəfə belə rekord qiymət 1980-ci ildə qeydə alınmışdı - o zaman qızılın qiyməti 2500 dollara çatmışdı.
Reytinq agentliyi Standard and Poor’s bir ay əvvəl ABŞ-ın kredit reytinqini aşağı salanda ekspertlər qızılın qiymətinin tezliklə 2000, hətta 2500 dollara çatacağını bildirib.
Qızılın qiyməti avrozona və ABŞ iqtisadiyyatında davam edən böhranla bir vaxtda artır. ABŞ-da işsizlik avqust ayında azalmayıb.
Ağ Ev ilin sonunadək işsizliyin 9 faiz ətrafında qalacağını bildirib. Narahatlığın əsas səbəbi isə avrozonada borc böhranı ilə bağlı vəziyyətin gərginliyi olaraq qalır.
Sərmayəçilər problemin bank sektoruna da təsir edəcəyindən ehtiyat edirlər. Bazar ertəsi Deutsche Bank-ın rəhbəri Cozef Akerman bəyan edib ki, bir çox Avropa bankları hazırkı böhrandan çıxa bilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR