Bank Of Baku

Dow Jones 0,9%, S&P 500 0,7%, Nasdaq 0,3% enib

Dow Jones 0,9%, S&P 500 0,7%, Nasdaq 0,3% enib
# 07 sentyabr 2011 06:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 11 139 bəndədək, S&P 500 0,7% - 1 165 bəndədək, Nasdaq 0,3% - 2 474 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsi bir sıra mənfi makroiqtisadi xəbərlərlə bağlı olub.

Avropa fond bazarlarında sentyabrın 6-da FTSE 100 indeksi 1,1% - 5 157 bəndədək yüksəlib, Almaniya DAX-ı 1,0% - 5 194 bəndədək, Fransa CAC-40-ı isə 1,1% - 2 966 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,9% azalaraq 1 874,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4049 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR