Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 1 505,5 min manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 1 505,5 min manatlıq notları yerləşdirilib
# 07 sentyabr 2011 14:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50103530S seriyalı, ümumi həcmi 15 mln. manat, hərraca çıxarılan həcmi 5 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 2 507 300 manat təşkil edib. Sifarişlər 99,8330% (gəlirlik 2,15%) – 99,7670% (gəlirlik 3,00%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,8137% (gəlirlik 2,40%), orta ölçülmüş qiyməti isə 99,8266% (gəlirlik 2,23%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 1 505,5 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci il oktyabrın 5-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR