Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,8046, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,8046, AMFBI indeksi 1,0001 təşkil edib
# 08 sentyabr 2011 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq sentyabr ayının 8-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1954 bənd və ya 19,5% azalaraq 0,8046 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

Sentyabrın 7-də notların bir buraxılışı dövriyyədən çıxarılıb, bir buraxılış isə yerləşdirilib. Ödənilən buraxılışın həcmi 5 mln. manat, yerləşdirmənin həcmi isə 1,5 mln. manat təşkil edib. Buna görə bazar kapitallaşması azalıb və bu, ACBDI indeksinin azalmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR