Bank Of Baku

Dow Jones 1%, S&P 500 1,1%, Nasdaq 0,8% enib

Dow Jones 1%, S&P 500 1,1%, Nasdaq 0,8% enib
# 09 sentyabr 2011 06:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 8-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 11 296 bəndədək, S&P 500 1,1% - 1 186 bəndədək, Nasdaq 0,8% - 2 529 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsi Federal Ehtiyat Sisteminin başçısı Ben Bernankenin çıxışından sonra baş verib. Belə ki, FES-in iqtisadiyyatın bərpası üçün kifayət qədər imkanların olduğu barədə onun bəyanatı bazar iştirakçıları tərəfindən inamsızlıqla qarşılanıb.

Avropa fond bazarlarında sentyabrın 8-də FTSE 100 indeksi 0,4% - 5 340 bəndədək, Almaniya DAX-ı 0,1% - 5 409 bəndədək, Fransa CAC-40-ı isə 0,4% - 3 086 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,8% artaraq 1 864,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3913 (-1,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR