Bank Of Baku

Dow Jones 2,7%, S&P 500 2,7%, Nasdaq 2,4% enib

Dow Jones 2,7%, S&P 500 2,7%, Nasdaq 2,4% enib
# 12 sentyabr 2011 06:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 2,7% - 10 992 bəndədək, S&P 500 2,7% - 1 154 bəndədək, Nasdaq 2,4% - 2 468 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsi makroiqtisadi xəbərlər fonunda baş verib.

Avropa fond bazarlarında sentyabrın 9-da FTSE 100 indeksi 2,4% - 5 215 bəndədək, Almaniya DAX-ı 4% - 5 190 bəndədək, Fransa CAC-40-ı isə 3,6% - 2 975 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 861,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3657 (-1,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR