Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 3 003,3 min manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 3 003,3 min manatlıq notları yerləşdirilib
# 14 sentyabr 2011 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50103630S seriyalı, ümumi həcmi 15 mln. manat, hərraca çıxarılan həcmi 10 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 3 003 300 manat təşkil edib. Sifarişlər 99,8137% (gəlirlik 2,40%) – 99,7750% (gəlirlik 2,90%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,7750% (gəlirlik 2,90%), orta ölçülmüş qiyməti isə 99,7924% (gəlirlik 2,67%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 3 003,3 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən oktyabrın 12-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR