Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 1,4%, Nasdaq 1,6% yüksəlib

Dow Jones indeksi 1,3%, S&P 500 1,4%, Nasdaq 1,6% yüksəlib
# 15 sentyabr 2011 06:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 14-də Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 11 247 bəndədək, S&P 500 1,4% - 1 189 bəndədək, Nasdaq 1,6% - 2 573 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında müsbət dinamika makroiqtisadi xəbərləri və hökumət tərəfindən işsizlik probleminin həlli yolunda planların konkret olmasının təsiri altında baş verib.

Avropa fond bazarlarında sentyabrın 14-də FTSE 100 indeksi 1,0% - 5 227 bəndədək, Almaniya DAX-ı 3,4% - 5 340 bəndədək, Fransa CAC-40-ı isə 1,9% - 2 949 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% azalaraq 1 818,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3722 (+0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR