Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,8610, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,8610, AMFBI indeksi 1,0001 təşkil edib
# 15 sentyabr 2011 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq sentyabr ayının 15-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1390 bənd və ya 13,9% azalaraq 0,8610 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

Sentyabrın 14-də 5 mln. manat həcmində olan notların bir buraxılışı dövriyyədən çıxarılıb, 3 mln. manat həcmində olan bir buraxılış isə yerləşdirilib. Nəticədə bazar kapitallaşması azalıb ki, bu da ACBDI indeksinin azalmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR