Bank Of Baku

Dow Jones indeksi 1,7%, S&P 500 1,7%, Nasdaq 1,3% yüksəlib

Dow Jones indeksi 1,7%, S&P 500 1,7%, Nasdaq 1,3% yüksəlib
# 16 sentyabr 2011 07:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 1,7% - 11 433 bəndədək, S&P 500 1,7% - 1 209 bəndədək, Nasdaq 1,3% - 2 607 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında müsbət dinamikanın yaranmasına Avropada borc böhranı ilə mübarizə üzrə bir sıra ciddi qərarların qəbul edilməsi təsir edib.

Avropa fond bazarlarında sentyabrın 15-də FTSE 100 indeksi 2,1% - 5 338 bəndədək, Almaniya DAX-ı 3,2% - 5 508 bəndədək, Fransa CAC-40-ı isə 3,3% - 3 046 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,7% azalaraq 1 769,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3860 (+1,0%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR