Bank Of Baku

AGBI indeksi 0,9800, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0109 təşkil edib

AGBI indeksi 0,9800, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0109 təşkil edib
# 19 sentyabr 2011 06:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0201 bənd və ya 2% azalaraq sentyabr ayının 19-na 0,9800 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,0108 bənd və ya 1,1% azalaraq 1,0001-ə bərabər olub.

AGBI indeksinin azalması bazarın kapitallaşmasının azalması nəticəsində baş verib. Belə ki, sentyabrın 16-da 6 mln. manat həcmində dövlət istiqrazlarının bir buraxılışı dövriyyədən çıxarılıb, 3 mln. manat həcmində buraxılış isə yerləşdirilib.

AMFBI indeksinin azalması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR