Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 1,0%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,9%, S&P 500 1,0%, Nasdaq 0,4% enib
# 20 sentyabr 2011 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 11 401 bəndədək, S&P 500 1,0% - 1 204 bəndədək, Nasdaq 0,4% - 2 613 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə Yunanıstanın defoltu üzrə ehtimalların yenidən yaranması səbəb olub.

Avropa fond bazarlarında sentyabrın 19-da FTSE 100 indeksi 2,0% - 5 260 bəndədək, Almaniya DAX-ı 2,8% - 5 416 bəndədək, Fransa CAC-40-ı isə 3,0% - 2 940 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,3% azalaraq 1 782,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3618 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR