Bank Of Baku

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,2%, Nasdaq 0,9% enib

Dow Jones indeksi 0,1% yüksəlib, S&P 500 0,2%, Nasdaq 0,9% enib
# 21 sentyabr 2011 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 11 409 bəndədək yüksəlib, S&P 500 0,2% - 1 202 bəndədək, Nasdaq 0,9% - 2 590 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarına Yunanıstanla bağlı qeyri-müəyyənliyin mənfi təsiri davam edib.

Avropa fond bazarlarında sentyabrın 20-də FTSE 100 indeksi 2,0% - 5 364 bəndədək, Almaniya DAX-ı 2,9% - 5 572 bəndədək, Fransa CAC-40-ı isə 1,5% - 2 984 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,8% artaraq 1 815,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3718 (+0,7%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR