Bank Of Baku

BFB-də Azərbaycan Mərkəzi Bankının 4 502,6 min manatlıq notları yerləşdirilib

BFB-də Azərbaycan Mərkəzi Bankının 4 502,6 min manatlıq notları yerləşdirilib
# 21 sentyabr 2011 15:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50103730S seriyalı, ümumi həcmi 15 mln. manat, hərraca çıxarılan həcmi 5 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 4 502 600 manat təşkil edib. Sifarişlər 99,8000% (gəlirlik 2,58%) - 99,7710% (gəlirlik 2,95%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,7710% (gəlirlik 2,95%), orta ölçülmüş qiyməti isə 99,7903% (gəlirlik 2,70%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə notların nominal üzrə reallaşdırılmış həcmi 4 502,6 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin oktyabrın 19-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR