Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9592, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9592, AMFBI indeksi 1,0001 təşkil edib
# 22 sentyabr 2011 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0266 bənd və ya 2,7% artaraq sentyabr ayının 22-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0408 bənd və ya 4,1% azalaraq 0,9592 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin düşməsi bazarın kapitallaşmasının azalması ilə bağlı olub. Belə ki, sentyabrın 21-də 5 mln. manat həcmində bir not buraxılışı dövriyyədən çıxarılıb, 4,5 mln. manatlıq yeni buraxılış isə yerləşdirilib.

AGBI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR