Bank Of Baku

Dow Jones indeksi 3,5%, S&P 500 3,2%, Nasdaq 3,3% enib

Dow Jones indeksi 3,5%, S&P 500 3,2%, Nasdaq 3,3% enib
# 23 sentyabr 2011 06:38 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Sentyabrın 22-də Amerika fond bazarında Dow Jones indeksi 3,,5% - 10 734 bəndədək, S&P 500 3,2% - 1 130 bəndədək, Nasdaq 3,3% - 2 456 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında mənfi dinamika Federal Ehtiyat Sisteminin bəyanatında sonra yaranıb. Belə ki, FES öz portfelində uzunmüddətli istiqrazların payının artırılmasını və ipoteka bazarını dəstəklənməsi üzrə bir sıra tətbirlərin həyata keçirilməsi barədə bəyanat verib. Bu xəbərlər bazar iştirakçıları tərəfindən ölkə iqtisadiyyatında problemlərin hələ də qalması əlaməti kimi qiymətləndirilib.

Avropa fond bazarlarında sentyabrın 22-də FTSE 100 indeksi 4,7% - 5 042 bəndədək, Almaniya DAX-ı 5% - 5 164 bəndədək, Fransa CAC-40-ı isə 5,3% - 2 782 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2% azalaraq 1 745,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3529 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR