Bank Of Baku

Dow Jones indeksi 1,4%, S&P 500 1,1%, Nasdaq 1,2% yüksəlib

Dow Jones indeksi 1,4%, S&P 500 1,1%, Nasdaq 1,2% yüksəlib
# 28 sentyabr 2011 06:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 27-də Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 11 195 bəndədək, S&P 500 1,1% - 1 176 bəndədək, Nasdaq 1,2% - 2 547 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında müsbət dinamikasına investorlar arasında Avrozona ölkələrinin böhrandan qalib gəlməsi üzrə ehtimalların möhkəmlənməsi səbəbindən baş verib.

Avropa fond bazarlarında sentyabrın 27-də FTSE 100 indeksi 4,0% - 5 294 bəndədək, Almaniya DAX-ı 5,3% - 5 628 bəndədək, Fransa CAC-40-ı isə 5,7% - 3 023 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 648,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3555 (+0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR