Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 5 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 5 mln. manatlıq notları yerləşdirilib
# 28 sentyabr 2011 15:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50103830S seriyalı, ümumi həcmi 15 mln. manat, hərraca çıxarılan həcmi 5 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 5 109 500 manat təşkil edib. Sifarişlər 99,8000% (gəlirlik 2,58%) – 99,7720% (gəlirlik 2,94%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,7720% (gəlirlik 2,94%), orta ölçülmüş qiyməti isə 99,7891% (gəlirlik 2,72%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin oktyabrın 26-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR