Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1750, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,1750, AMFBI indeksi 1,0001 təşkil edib
# 29 sentyabr 2011 06:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0273 bənd və ya 2,8% artaraq sentyabr ayının 29-na 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,1750 bənd və ya 17,5% artaraq 1,1750 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması bazar kapitallaşmasının artması səbəbindən baş verib. Belə ki, sentyabr 28-də notların 2,9 mln. manatlıq buraxılış dövriyyədən çıxarılıb, 5 mln. manatlıq buraxılış isə yerləşdirilib.

AGBI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR