Bank Of Baku

Dow Jones indeksi 1,3%, S&P 500 0,8% yüksəlib, Nasdaq 0,4% enib

Dow Jones indeksi 1,3%, S&P 500 0,8% yüksəlib, Nasdaq 0,4% enib
# 30 sentyabr 2011 06:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 29-da Amerika fond bazarında Dow Jones indeksi 1,3% - 11 154 bəndədək, S&P 500 0,8% - 1 160 bəndədək yüksəlib, Nasdaq 0,4% - 2 481 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında iki əsas indekslərin yüksəlməsinə makroiqtisadi xəbərlər təsir edib. Belə ki, II rübdə iqtisadi artımın 1,3% olması investorlar tərəfindən müsbət qarşılanıb.

Avropa fond bazarlarında sentyabrın 29-da FTSE 100 indeksi 0,4% - 5 197 bəndədək enib, Almaniya DAX-ı 1,1% - 5 940 bəndədək, Fransa CAC-40-ı isə 1,1% - 3 028 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 628,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3533 (-0,6%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR