Bank Of Baku

Gələn həftə Azərbaycanda dövlət ipoteka istiqrazlarının yeni emissiyasının yerləşdirilməsinə başlanacaq

Gələn həftə Azərbaycanda dövlət ipoteka istiqrazlarının yeni emissiyasının yerləşdirilməsinə başlanacaq
# 30 sentyabr 2011 14:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Oktyabrın 4-də Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının dördüncü emissiyasının ilk hissəsinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manat məbləğində istiqraz çıxarılacaq. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsilə keçiriləcək. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2018-ci ilin avqustun 28-də icra olunacaq.

Qeyd edək ki, AİF-in dördüncü emissiyasının ümumi həcmi 20 mln. manat, bir istiqrazın nominal dəyəri 1 min manat, tədavül müddəti 2 520 gün, istiqrazlar üzrə illik faiz dərəcəsi isə 3% təşkil edir.

Xatırladaq ki, bundan öncə AİF-in yerləşdirməsi 2009-cu ilin iyununda başlanan və həcmi 55 mln. manat olan, yerləşdirməsi 2010-cu ilin fevralın 1-də başlanan və həcmi 75 mln. manat olan, yerləşdirməsi 2011-ci ilin yanvarın 17-də başlanan və həcmi 60 mln. manat olan üç buraxılış tam yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR