Bank Of Baku

Dow Jones indeksi 1,4%, S&P 500 2,2%, Nasdaq 3,0% yüksəlib

Dow Jones indeksi 1,4%, S&P 500 2,2%, Nasdaq 3,0% yüksəlib
# 05 oktyabr 2011 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 4-də Amerika fond bazarında Dow Jones indeksi 1,4% - 10 807 bəndədək, S&P 500 2,2% - 1 124 bəndədək, Nasdaq 3,0% - 2 405 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında müsbət dinamikaya Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin bəyanatı təsir edib. Belə ki, Konqresdə çıxış edərkən o, yenidən FES-in ölkə iqtisadiyyatının bərpasının stimullaşdırılması üçün əlavə tədbirlərin görülməsinə hazır olduğunu bəyan edib ki, bu da investorlar tərəfindən müsbət qarşılanıb.

Avropa fond bazarlarında oktyabrın 4-də FTSE 100 indeksi 2,6% - 4 944 bəndədək, Almaniya DAX-ı 3,0% - 5 217 bəndədək, Fransa CAC-40-ı isə 2,6% - 2 851 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,3% azalaraq 1 629,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3288 (+0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR