Bank Of Baku

Azərbaycan İpoteka Fondunun yeni istiqraz emissiyasının ilk tranşı yerləşdirilib

Azərbaycan İpoteka Fondunun yeni istiqraz emissiyasının ilk tranşı yerləşdirilib
# 05 oktyabr 2011 07:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 20 mln. manat təşkil edən, AZ200400868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yerləşdirilməsinə başlanılıb və ilkin olaraq 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. Fonddan «APA-Economics»ə verilən məlumata görə, istiqrazlar nominal dəyərlə satışa çıxarılıb.

Hərracda 2 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi üstələyərək 3,298 mln. manat təşkil edib. Nəticədə, hərraca çıxarılmış həcm tam yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR