Bank Of Baku

BFB-da Azərbaycan Mərkəzi Bankının 2 503,5 min manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Mərkəzi Bankının 2 503,5 min manatlıq notları yerləşdirilib
# 05 oktyabr 2011 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50103930S seriyalı, ümumi həcmi 20 mln. manat, hərraca çıxarılan həcmi 5 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 2 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 2 503 500 manat təşkil edib. Sifarişlər 99,7904% (gəlirlik 2,70%) – 99,7720% (gəlirlik 2,94%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,7720% (gəlirlik 2,94%), orta ölçülmüş qiyməti isə 99,7773% (gəlirlik 2,87%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 2 503,5 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin noyabrın 2-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR