Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,8%, Nasdaq 2,3% yüksəlib

Dow Jones indeksi 1,2%, S&P 500 1,8%, Nasdaq 2,3% yüksəlib
# 06 oktyabr 2011 10:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 10 936 bəndədək, S&P 500 1,8% - 1 144 bəndədək, Nasdaq 2,3% - 2 461 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında müsbət dinamika əsasən makroiqtisadi xəbərlərin təsiri altında yaranıb.

Avropa fond bazarlarında oktyabrın 5-də FTSE 100 indeksi 0,7% - 5 137 bəndədək, Almaniya DAX-ı 1,0% - 5 529 bəndədək, Fransa CAC-40-ı isə 1,3% - 3 012 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,0% artaraq 1 646,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3329 (+0,3%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR