Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0710, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0710, AMFBI indeksi 1,0001 təşkil edib
# 06 oktyabr 2011 11:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) dəyişməz qalaraq oktyabr ayının 6-na 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0710 bənd və ya 7,1% artaraq 1,0710 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksi bazar kapitallaşmasının artması səbəbindən artıb. Belə ki, oktyabrın 5-də 1,5 mln. manatlıq buraxılış dövriyyədən çıxarılıb və 2,5 mln. manatlıq buraxılış yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR