Bank Of Baku

Dow Jones indeksi 1,7%, S&P 500 1,8%, Nasdaq 1,9% yüksəlib

Dow Jones indeksi 1,7%, S&P 500 1,8%, Nasdaq 1,9% yüksəlib
# 07 oktyabr 2011 06:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 1,7% - 11 123 bəndədək, S&P 500 1,8% - 1 165 bəndədək, Nasdaq 1,9% - 2 507 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında müsbət dinamikaya Avropadan xəbərlər təsir edib. Belə ki, Avropa Mərkəzi Bankı və İngiltərə Bankı iqtisadiyyatın, o cümlədən bank sektorunun dəstəklənməsi üçün müəyyən tədbirlərin görülməsinə dair qərar qəbul edib.

Avropa fond bazarlarında oktyabrın 6-da FTSE 100 indeksi 3,7% - 5 291 bəndədək, Almaniya DAX-ı 3,2% - 5 645 bəndədək, Fransa CAC-40-ı isə 3,4% - 3 075 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% artaraq 1 663,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3431 (+0,8%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR