Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,8%, Nasdaq 1,1% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,8%, Nasdaq 1,1% enib
# 10 oktyabr 2011 06:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 7-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 103 bəndədək, S&P 500 0,8% - 1 156 bəndədək, Nasdaq 1,1% - 2 479 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə əsasən xarici amillər təsir edub. Bu amillərin sırasında İspaniya və İtaliyanın reytinqlərinin azalmasıdır. Belə ki, Fitch agentliyi İspaniyanın reytinqini “AA+” səviyyəsindən “AA-“ səviyyəsinə qədər, İtaliyanın reytinqini “AA-“ səviyyəsindən “A+” səviyyəsinə qədər endirib.

Avropa fond bazarlarında oktyabrın 7-də FTSE 100 indeksi 0,2% - 5 303 bəndədək, Almaniya DAX-ı 0,5% - 5 676 bəndədək, Fransa CAC-40-ı isə 0,7% - 3 096 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,7% azalaraq 1 635,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3378 (-0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR