Bank Of Baku

Dow Jones indeksi 3,0%, S&P 500 3,4%, Nasdaq 3,5% yüksəlib

Dow Jones indeksi 3,0%, S&P 500 3,4%, Nasdaq 3,5% yüksəlib
# 11 oktyabr 2011 08:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 3,0% - 11 433 bəndədək, S&P 500 3,4% - 1 195 bəndədək, Nasdaq 3,5% - 2 566 bəndədək yüksəlib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə xarici amillər təsir edib. Belə ki, oktyabrın 10-da Avropada bankların kapitallaşmasının artırılmasına dair tədbirlərin görülməsi barədə bir sıra bəyanatlar səsləndirilib ki, bu da bazar iştirakçıları tərəfindən müsbət qarşılanıb.

Avropa fond bazarlarında oktyabrın 10-da FTSE 100 indeksi 1,8% - 5 399 bəndədək, Almaniya DAX-ı 3,0% - 5 847 bəndədək, Fransa CAC-40-ı isə 2,1% - 3 162 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,7% artaraq 1 680,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3632 (+1,9%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR