Bank Of Baku

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,1%, Nasdaq 0,7% yüksəlib

Dow Jones indeksi 0,2% enib, S&P 500 0,1%, Nasdaq 0,7% yüksəlib
# 12 oktyabr 2011 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 11 417 bəndədək enib, S&P 500 0,1% - 1 196 bəndədək, Nasdaq 0,7% - 2 583 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına korporativ xəbərlər təsir edib. Daha dəqiq, ABŞ-da rüblük hesabatların təqdim edilməsi mövsümü başlayır ki, bunun ərəfəsində şirkətlərin hesabatları üzrə analitiklərin proqnozları bazara təsir edir.
Avropa fond bazarlarında oktyabrın 10-da FTSE 100 indeksi 0,1% - 5 396 bəndədək enib, Almaniya DAX-ı 0,3% - 5 865 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,3% - 3 154 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 668,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3621 (-0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR