Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0999, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,0999, AMFBI indeksi 1,0001 təşkil edib
# 13 oktyabr 2011 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0210 və ya 2,2% artaraq oktyabr ayının 13-nə 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0999 bənd və ya 9,99% artaraq 1,0999 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.

ACBDI indeksinin artması bazar kapitallaşmasının artması nəticəsində baş verib. Belə ki, sentyabrın 12-də 3 mln. manat həcmində not buraxılışı dövriyyədən çıxarılıb, 4,5 mln. manat həcmində buraxılış isə yerləşdirilib.
AGBI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR