Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 1,0%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,9%, S&P 500 1,0%, Nasdaq 0,8% yüksəlib
# 13 oktyabr 2011 08:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 11 518 bəndədək, S&P 500 1,0% - 1 207 bəndədək, Nasdaq 0,8% - 2 605 bəndədək yüksəlib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında indekslərin müsbət dinamikasına Avropada bir sıra rəhbər şəxslərin borc böhranı ilə mübarizənin gücləndirilməsi barədə bəyanatları təsir edib.

Avropa fond bazarlarında oktyabrın 12-də FTSE 100 indeksi 0,9% - 5 442 bəndədək, Almaniya DAX-ı 2,2% - 5 995 bəndədək, Fransa CAC-40-ı isə 2,4% - 3 230 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 678,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3808 (+1,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR