Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,3% enib, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,3% enib, Nasdaq 0,6% yüksəlib
# 14 oktyabr 2011 06:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 11 478 bəndədək, S&P 500 0,3% - 1 204 bəndədək enib, Nasdaq 0,6% - 2 620 bəndədək yüksəlib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına korporativ xəbərləri təsir edib.

Avropa fond bazarlarında oktyabrın 13-də FTSE 100 indeksi 0,7% - 5 403 bəndədək, Almaniya DAX-ı 1,3% - 5 915 bəndədək, Fransa CAC-40-ı isə 1,3% - 3 187 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 667,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3778 (-0,2%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR