Bank Of Baku

BFB-da 10701132S seriyalı 1 782,9 min manatlıq DOİ emissiyası yerləşdirilib

BFB-da 10701132S seriyalı 1 782,9 min manatlıq DOİ emissiyası yerləşdirilib
# 14 oktyabr 2011 14:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10701132S seriyalı dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi həcmi 1 782 900 manat təşkil edib. Sifariş 100,00% (gəlirlik 4,50%) qiyməti ilə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə və orta ölçülmüş qiymətləri 100,00% (gəlirlik 4,50%) səviyyəsində emitent tərəfindən müəyyən edilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 782,9 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DOİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2013-cü il oktyabrın 11-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR