Bank Of Baku

Dow Jones indeksi 2,1%, S&P 500 1,9%, Nasdaq 2,0% enib

Dow Jones indeksi 2,1%, S&P 500 1,9%, Nasdaq 2,0% enib
# 18 oktyabr 2011 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 17-də Amerika fond bazarında Dow Jones indeksi 2,1% - 11 398 bəndədək, S&P 500 1,9% - 1 201 bəndədək, Nasdaq 2,0% - 2 615 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında investorların arasında Avropada borc böhranın tənzimlənməsi mümkünlüyü barədə mənfi ehtimallar yaranıb ki, bu da bazarda mənfi dinamikanın yaranması əsas səbəb olub.

Avropa fond bazarlarında oktyabrın 17-də FTSE 100 indeksi 0,5% - 5 437 bəndədək, Almaniya DAX-ı 1,8% - 5 859 bəndədək, Fransa CAC-40-ı isə 1,6% - 3 166 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 675,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3780 (-0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR