Bank Of Baku

Dow Jones indeksi 1,6%, S&P 500 2,0%, Nasdaq 1,6% yüksəlib

Dow Jones indeksi 1,6%, S&P 500 2,0%, Nasdaq 1,6% yüksəlib
# 19 oktyabr 2011 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 1,6% - 11 577 bəndədək, S&P 500 2,0% - 1 225 bəndədək, Nasdaq 1,6% - 2 657 bəndədək yüksəlib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında müsbət dinamikaya Almaniya və Fransa arasında Avropa maliyyə sabitliyi fondunu 2 trln. avroya qədər artırılması barədə razılığı barədə məlumatlar təsir edib.

Avropa fond bazarlarında oktyabrın 18-də FTSE 100 indeksi 0,5% - 5 410 bəndədək enib, Almaniya DAX-ı 0,3% - 5 877 bəndədək yüksəlib, Fransa CAC-40-ı isə 0,8% - 3 141 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 662,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3798 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR