Bank Of Baku

BFB-də Azərbaycan Mərkəzi Bankının 5 504,6 min manatlıq notları yerləşdirilib

BFB-də Azərbaycan Mərkəzi Bankının 5 504,6 min manatlıq notları yerləşdirilib
# 19 oktyabr 2011 15:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50104130S seriyalı, ümumi həcmi 20 mln. manat, hərraca çıxarılan həcmi 10 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 5 504 600 manat təşkil edib. Sifarişlər 99,7800% (gəlirlik 2,83%) - 99,7720% (gəlirlik 2,94%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti 99,7720% (gəlirlik 2,94%), orta ölçülmüş qiyməti isə 99,7769% (gəlirlik 2,87%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə notların nominal üzrə reallaşdırılmış həcmi 5 504,6 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən bu ilin noyabrın 16-da icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR