Bank Of Baku

Dow Jones indeksi 0,6%, S&P 500 1,3%, Nasdaq 2,0% enib

Dow Jones indeksi 0,6%, S&P 500 1,3%, Nasdaq 2,0% enib
# 20 oktyabr 2011 06:31 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 19-da Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 11 505 bəndədək, S&P 500 1,3% - 1 210 bəndədək, Nasdaq 2,0% - 2 604 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə korporativ xəbər və hesabatlar təsir edib.

Avropa fond bazarlarında oktyabrın 19-da FTSE 100 indeksi 0,7% - 5 451 bəndədək, Almaniya DAX-ı 0,6% - 5 914 bəndədək, Fransa CAC-40-ı isə 0,5% - 3 157 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,4% azalaraq 1 623,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3725 (-0,5%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR