Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,5% yüksəlib, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,3%, S&P 500 0,5% yüksəlib, Nasdaq 0,1% enib
# 21 oktyabr 2011 06:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 20-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 11 542 bəndədək, S&P 500 0,5% - 1 215 bəndədək yüksəlib, Nasdaq 0,1% - 2 599 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əsasən xarici amillər təsir edib.

Avropa fond bazarlarında oktyabrın 20-də FTSE 100 indeksi 1,2% - 5 385 bəndədək, Almaniya DAX-ı 2,5% - 5 767 bəndədək, Fransa CAC-40-ı isə 2,3% - 3 084 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 626,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3778 (+0,4%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR