Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 1,3%, Nasdaq 2,4% yüksəlib

Dow Jones indeksi 0,9%, S&P 500 1,3%, Nasdaq 2,4% yüksəlib
# 25 oktyabr 2011 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 11 914 bəndədək, S&P 500 1,3% - 1 254 bəndədək, Nasdaq 2,4% - 2 699 bəndədək yüksəlib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əsasən xarici amillər təsir edib. Bunların sırasında Avropada borc böhranının tez bir zamanda həll olunması ehtimalları və Çinin bir sıra makroiqtisadi göstəriciləri yer alıb.

Avropa fond bazarlarında oktyabrın 24-də FTSE 100 indeksi 1,1% - 5 548 bəndədək, Almaniya DAX-ı 1,4% - 6 055 bəndədək, Fransa CAC-40-ı isə 1,6% - 3 221 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 657,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3910 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR