Bank Of Baku

Dow Jones indeksi 1,7%, S&P 500 2,0%, Nasdaq 2,3% enib

Dow Jones indeksi 1,7%, S&P 500 2,0%, Nasdaq 2,3% enib
# 26 oktyabr 2011 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 25-də Amerika fond bazarında Dow Jones indeksi 1,7% - 11 707 bəndədək, S&P 500 2,0% - 1 229 bəndədək, Nasdaq 2,3% - 2 638 bəndədək enib.

«APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə istehlak bazarı üzrə zəif makroiqtisadi göstəricilər təsir edib.

Avropa fond bazarlarında oktyabrın 25-də FTSE 100 indeksi 0,4% - 5 526 bəndədək, Almaniya DAX-ı 0,2% - 6 045 bəndədək, Fransa CAC-40-ı isə 1,4% - 3 174 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 3,3% artaraq 1 711,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3919 (+0,1%) dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR