Bank Of Baku

Bu gün BBVB-nin valyuta bölməsində 39,130 mln. dollarlıq əqdlər bağlanılıb

Bu gün BBVB-nin valyuta bölməsində 39,130 mln. dollarlıq əqdlər bağlanılıb
# 26 oktyabr 2011 15:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,7861 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi 0,7870 AZN/$1 təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb, sessiyanın nəticələrinə görə isə manatın orta məzənnəsi dollara nisbətən dəyişməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 30 762 197 AZN, manatın orta məzənnəsi isə dollara nisbətən 0,7861 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 39,130 mln. dollar və ya 30 762 197 AZN təşkil edib.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 12,19%, ABŞ dolları üzrə isə illik 12,50% təşkil edib. Gün ərzində banklar arasında həcmləri 3 mln. manat və 3 mln. dollar, müddətləri 183 və 21 gün, illik faiz dərəcələri isə müvafiq qaydada 10,00% və 8,00% olan 2 əqd qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR