Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9427, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 0,9427, AMFBI indeksi 1,0001 təşkil edib
# 27 oktyabr 2011 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0281 bənd və ya 2,9% artaraq oktyabr ayının 27-nə 1,0001 təşkil edib.
«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,0573 bənd və ya 5,7% azalıb və 0,9427 təşkil edib.
Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-ə bərabər olub.
Oktyabrın 26-da notların 5 mln. manatlıq bir buraxılışı dövriyyədən çıxarılıb və 4 mln. manatlıq buraxılış yerləşdirilib ki, nəticədə bazar kapitallaşması azalıb. Bu səbəbdən ACBDI indeksinin azalması baş verib.
AGBI indeksinin artması gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR